Beynəlxalq İnkişaf Bankı mənzil tikintisi və şəhərlərin inkişafı layihələrini dəstəkləyir
Bakı, 22 may, AZƏRTAC
Beynəlxalq İnkişaf Bankı ölkələrə pul və kredit ayıraraq, mənzil tikintisi və şəhərlərin inkişafı layihələrini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Regionlararası İnkişaf Bankının (IDB) şəhərsalma üzrə süni intellekt və data elmi mütəxəssisi Antonio Vaskes Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Boqotanın “Mi Casa” layihəsi: Mənzil vasitəsilə sosial-iqtisadi dəyişiklik” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Mütəxəssisin sözlərinə görə, bankın məqsədi yeni evlər tikmək və ya yoxsul, qeyri-formal yaşayış yerlərini yaxşılaşdırmaqdır: "Onlar yerli hökumətlərə kömək etməyə çalışırlar ki, gecəqonduların harada yerləşdiyini müəyyən etsinlər. Bunun üçün peyk şəkilləri və süni intellekt kimi texnologiyalardan istifadə edilir. Bu texnologiyalar böyük əraziləri analiz edib bu cür yaşayış yerlərini tapmağa kömək edir. Maraqlısı odur ki, bu ərazilərdə yaşayan insanlar onların harada olduğunu yaxşı bilirlər, çünki orada yaşayırlar. Amma hökumətlərin əlində çox vaxt bu yerlərin dəqiq xəritələri olmur".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [14:10]
Kiçik şəhərlər regionların inkişafının hərəkətvericisidir
- 22.05.2026 [14:03]
WUF13-ün yekun mətbuat konfransı keçirilib – YENİLƏNİB
- 22.05.2026 [14:02]