Azərbaycan Dövlət İnformasiya Agentliyi

BEYNƏLXALQ KONFRANS ÖZ İŞİNƏ BAŞLAMIŞDIR

Yanvarın 22-də “Gülüstan” sarayında Dünya Gömrük Təşkilatının Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birgə təşkil etdiyi “Böyük İpək Yolu dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans öz işinə başlamışdır.

Açılışdan əvvəl konfrans iştirakçıları Azərbaycan xalqının dahi oğlu, ümummilli lider Prezident Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov konfransı açaraq, qonaqları salamladı, bu mötəbər tədbirin keçirilməsində respublikamıza göstərdiyi etimada və köməyə görə Dünya Gömrük Təşkilatının baş katibi Mişel Daneyə, eləcə də digər iştirakçılara Azərbaycan hökuməti adından minnətdarlığını bildirdi. O, müasir dünyamızda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin genişlənməsini XXI əsrin bəşəriyyət üçün ən ciddi və ağrılı problemlərdən olduğunu, qlobal təhlükə xarakteri almış bu bəla ilə səmərəli mübarizənin yalnız bütün ölkələrin və beynəlxalq təşkilatların birgə fəaliyyəti nəticəsində mümkünlüyünü vurğuladı. Baş nazirin müavini Azərbaycan Respublikasının bu sahədə bütün beynəlxalq Konvensiyalara və sənədlərə qoşulduğunu və narkotiklərlə mübarizədə üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirdiyini söylədi.

Ə.Həsənov xatırlatdı ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəyə ümumdövlət vəzifəsi kimi baxırdı: “Biz narkomaniyanı, narkotik maddələrdən qanunsuz istifadə olunmasını, onların ölkəmizdə yayılmasını cəmiyyətimizin, xalqımızın bu günü və gələcəyi üçün təhlükə hesab edirik. Ona görə də bunlara qarşı mübarizəni dövlət orqanlarının əsas vəzifələrindən biri sayıram”.

Məhz bu vəzifənin səmərəli şəkildə yerinə yetirilməsi məqsədi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Ə.Həsənov bildirdi ki, respublikamızda narkotiklərlə mübarizənin təşkilati, hüquqi, sosial və digər aspektlərini əhatə edən 2-ci Ümummilli Proqramın uğurla həyata keçirilməsinə başlanmışdır. Respublikamızın əlverişli coğrafi mövqeyini, o cümlədən Böyük İpək Yolunun üzərində yerləşməsini xatırladan Baş nazirin müavini ərazimizin tranzit məntəqə kimi istifadəsinə imkan verilməməsindən ötrü mübarizənin daha da gücləndirilməsinin zəruriliyindən danışarkən, Ermənistan tərəfindən Azərbaycan torpaqlarımızın 20 faizinin zəbt edildiyini və həmin nəzarətsiz ərazilərdən narkotik bitkilərin yetişdirilməsi və narkotik vasitələrin tranziti üçün istifadə olunduğunu vurğuladı.

Sonra Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq konfransın iştirakçılarına təbrikini oxudu (təbrikin mətni qəzetin 22 yanvar nömrəsində dərc olunmuşdur).

Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov çıxışında Dünya Gömrük Təşkilatının baş katibi Mişel Daneyə, eləcə də bu nüfuzlu beynəlxalq konfransın bütün iştirakçılarına və qonaqlara minnətdarlıq etdi. O dedi ki, beynəlxalq təşkilatların və Böyük İpək Yolu dövlətləri gömrük xidmətləri nümayəndələrinin konfransda fəal iştirak etməsi müzakirə olunan məsələlərin vacibliyini, habelə iştirakçıların ümumbəşəri bəla olan narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə əzmini bir daha sübut edir.

Komitənin sədri narkotiklərin yayılması və narkobiznesə qarşı mübarizənin Azərbaycanın dövlət orqanlarının da qarşısında duran əsas vəzifələrdən olduğunu vurğuladı, narkotiklərə qarşı mübarizə üzrə Milli Proqramla və beynəlxalq öhdəliklərlə üzərinə düşən vəzifələri Azərbaycan hökumətinin müvəffəqiyyətlə yerinə yetirdiyini, bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlərin həyata keçirdiyini diqqətə çatdırdı. Respublikamızın gömrük orqanlarının müasir texniki nəzarət və nəqliyyat vasitələri ilə təchiz olunması, qabaqcıl dövlətlərin gömrük orqanlarının təcrübəsinin öyrənilməsi və tətbiqi, müasir texnologiyalara əsaslanan məlumat sisteminin formalaşdırılması, peşəkar gömrükçülərin hazırlığı məqsədi ilə seminarların keçirilməsi, dünya standartlarına cavab verən Regional tədris mərkəzinin və Kinoloji mərkəzin istifadəyə verilməsi, təhqiqat və istintaq strukturlarının gücləndirilməsi bu tədbirlərin bir hissəsidir.

Bu işdə Dövlət Gömrük Komitəsi ikitərəfli, regional və beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir. Komitənin sədri Bakıda keçirilən konfransın Böyük İpək Yolu dövlətlərinin gömrük xidmətləri və beynəlxalq təşkilatlar arasında geniş fikir mübadiləsi aparılmasında, qabaqcıl təcrübənin öyrənilməsində, faydalı əməkdaşlığın yüksəldilməsində öz bəhrəsini verəcəyinə əmin olduğunu bildirdi.

Sonra çıxış edən Dünya Gömrük Təşkilatının baş katibi Mişel Dane görkəmli siyasətçi və dövlət xadimi Prezident Heydər Əliyevin vəfatı ilə əlaqədar başçılıq etdiyi qurum adından bütün Azərbaycan xalqına başsağlığı verdi. Mişel Dane beynəlxalq konfransın iştirakçılarını təbrik edərək, əsrin bəlası olan narkomaniya ilə mübarizədə dövlətlərin və beynəlxalq təşkilatların birgə fəaliyyətinin əhəmiyyətini vurğuladı. Eyni zamanda, narkotiklərlə mübarizə sahəsində hələ də bir sıra çətinliklərin mövcudluğunu bildirdi.

Mişel Dane rəhbərlik etdiyi təşkilatın Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığından məmnun qaldığını söylədi, bu istiqamətdə bir sıra birgə tədbirlərin həyata keçirildiyini xatırlatdı. O, Bakı konfransında faydalı təkliflərin səslənəcəyinə və konkret nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirdi.

Sonra konfrans iştirakçıları xatirə şəkli çəkdirdilər.

Fasilədən sonra konfransda məruzələr dinlənildi, iştirakçılar Regional tədris mərkəzi və Kinoloji mərkəzlə tanış oldular.

Beynəlxalq konfrans yanvarın 23-də öz işini davam etdirəcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq