BEYNƏLXALQ MALİYYƏ KORPORASİYASI ŞAMAXIDA SƏHMDAR CƏMİYYƏTLƏRİ ÜÇÜN SEMİNAR KEÇİRMİŞDİR
Şamaxı və ətraf rayonlardakı 29 səhmdar cəmiyyətin müşahidə şurası və idarə heyəti üzvləri üçün nəzərdə tutulmuş seminarda korporativ idarəetmə prinsiplərinin tətbiq edilməsinin müsbət nəticələri, səhmdarların hüquqlarının qorunması, müşahidə şurası və idarə heyətinin rolu və məsuliyyəti məsələlərindən danışılmışdır.
Layihənin meneceri Çarlz Kənfild demişdir ki, bölgələrdə belə seminarların keçirilməsi korporativ idarəetmə sahəsində müsbət təcrübəni bütün ölkə ərazisində yaymağa, habelə Azərbaycanın səhmdar cəmiyyətlərinə sərmayə cəlb etməyə və onların fəaliyyət dairəsini genişləndirməyə bərabər şərait yaradır. O, şirkətlərdə və banklarda korporativ idarəetmə təcrübəsini təkmilləşdirməyin Azərbaycandakı biznes mühitini daha da şəffaf və açıq edəcəyinə və nəticədə ölkədə özəl sektorun inkişafına təkan verəcəyinə inamını bildirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]