Beynəlxalq qiymətləndirmə düşərgələrinə il ərzində 90 müəllim cəlb olunub
Bakı, 20 dekabr, AZƏRTAC
Təhsil İnstitutu və müvafiq regional təhsil idarələrinin təşkilatçılığı ilə 2022-ci ildə Şəki, Lənkəran və Quba rayonlarında beynəlxalq qiymətləndirmə düşərgələri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, düşərgələrdə regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 90 müəllim iştirak edib.
Yekunda iştirakçılar sertifikatlarla təltif olunublar.
Qeyd edək ki, beynəlxalq qiymətləndirmə düşərgələrinin keçirilməsində əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmə tədqiqatlarının vacibliyini vurğulamaq, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdən ibarət olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:40]
Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]