Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib
Bakı, 23 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın seçmə imtahanı təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, seçmə imtahana tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak edən əvvəlki illərdə respublika üzrə qalib olan şagirdlər dəvət alıblar. İki gün davam edən seçmə imtahanında şagirdlər hər gün üç açıq tipli sualı 4.5 saat müddət ərzində cavablandırıblar. Yekunda isə ölkəmizi təmsil edəcək komanda üzvləri bəlli olacaq.
Qeyd edək ki, Beynəlxalq Riyaziyyat Olimpiadası hər il bir ölkədə keçirilir. Builki olimpiada Böyük Britaniyanın Bat şəhərində keçiriləcək. Həmçinin beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanları Təhsil İnstitutunun müvafiq şöbəsi tərəfindən aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:40]
Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub
- 16.10.2026 [14:09]
Aşıq Nəcəfin yaradıcılığı Qərbi Azərbaycanın mədəni yaddaşı kontekstində
- 16.10.2026 [14:06]
Əcnəbi tələbələr BDU-nun tarixi və fəaliyyəti ilə tanış olublar
- 16.10.2026 [11:38]
ADU beynəlxalq əlaqələrin inkişafına xüsusi önəm verir
- 16.10.2026 [11:31]