Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Xalq yazıçısı Maqsud İbrahimbəyovun kitablarının təqdimat keçiriləcək
Bakı, 12 mart, AZƏRTAC
Martın 15-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun Türkiyədə çap olunmuş “Cehenneme serinlik geldi”, eləcə də Azərbaycan, rus, ingilis dillərində çap olunmuş “ Ondan yaxşı qardaş yox idi” adlı kitablarının təqdimat keçiriləcək.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycanın tanınmış mədəniyyət xadimləri, Fonda üzv və müşahidəçi ölkələrin səfirləri və beynəlxalq təşkilatlarının rəhbərləri iştirak edəcəklər. Tədbir Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın giriş sözü ilə açılacaq.
Mərasimində Azərbaycanın Xalq yazıçısı Maqsud İbrahimbəyovun həyat və yaradıcılığı ilə bağlı geniş müzakirələr aparılacaq, əsərlərindən ibarət bədii kompozisiya təqdim olunacaq.
Təqdimat mərasimi pandemiya şəraitinə uyğun keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:34]
Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub
- 07.10.2026 [14:48]
Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO
- 07.10.2026 [14:47]
Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib
- 07.10.2026 [14:37]
Dilarə Əliyeva: “Laylay” klipi Türk dünyasını birləşdirəcək bir səsdir VİDEO
- 07.10.2026 [14:34]
Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
- 07.10.2026 [12:13]