BEYNƏLXALQ VALYUTA FONDU AZƏRBAYCAN HÖKUMƏTİ İLƏ DANIŞIQLARI UĞURLU HESAB EDİR
Onun sözlərinə görə, Bakıya bir həftəlik səfərin gedişində Fondun nümayəndə heyəti bir sıra məsələlərə - neftdən götürülən gəlirlərin idarə olunmasının uzunmüddətli strategiyasının qəbul edilməsi, maliyyə sektorunda islahatlar aparılması və enerji daşıyıcılarının qiymətinin artırılması məsələlərinə dair Azərbaycan hökuməti ilə konsensusa nail olmağa çalışmışdır.
BVF-nin nümayəndəsi demişdir ki, hökumət neft gəlirlərinin idarə edilməsi strategiyasının işlənib-hazırlanmasını, demək olar, başa çatdırmaqdadır. Bizim fikrimizcə, bu gəlirləri qeyri-neft sektoruna, məsələn, avtomobil yollarının təmiri tədbirlərinin, habelə digər infrastruktur layihələrinin maliyyəşdirilməsinə yönəltmək lazımdır.
O bildirmişdir ki, danışıqlarda inflyasiyanın sürətinin azaldılmasının təmin edilməsi variantları müzakirə olunmuşdur.
Nümayəndə heyətinin başçısı enerji daşıyıcılarının ölkədaxili qiymətlərinin artırılmasından danışaraq demişdir ki, Azərbaycan hökuməti enerji daşıyıcılarının qiymətinin artırılması mexanizmi, habelə bu mexanizmin tətbiq olunması müddətləri üzərində işləyir. BVF hökumətə, ağ neft və dizel yanacağı istisna olmaqla, bütün neft məhsullarının qiymətini artırmağı tövsiyə etmişdir. Bu məsələdə BVF ilə respublika hökuməti arasında ümumi məqamlar fikir ayrılığından çoxdur.