Beynəlxalq yay məktəbinin iştirakçıları üçün mühazirələr oxunub
Bakı, 4 avqust, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Enerji keçidində: Postneft iqtisadiyyatı, alternativ enerji, ətraf mühitin mühafizəsi” mövzusunda beynəlxalq yay məktəbinin iştirakçıları Heydər Əliyev Mərkəzində olublar.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) məlumat verilib. Bildirilib ki, tədbir iştirakçıları üçün həm də “Orta Dəhliz və Şimal-Cənub” nəqliyyat dəhlizi və “Avropanın enerji təhlükəsizliyi” mövzularında mühazirələr oxunub.
Qeyd edək ki, ADNSU və Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən təşkil olunan 5-ci beynəlxalq yay məktəbinə Azərbaycandan və Almaniyadan tələbələr qatılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:45]
Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar
- 09.06.2026 [17:20]
Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır
- 09.06.2026 [17:13]
MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb
- 09.06.2026 [17:12]
Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır
- 09.06.2026 [17:10]