Biləsuvar rayonunda sel təhlükəsi gözlənilir
Biləsuvar, 15 iyun, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda sel təhlükəsi gözlənilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, İran ərazisindən Bolqarçay vasitəsilə rayon ərazisinə sel suyunun daxil olması ehtimalı var. Aidiyyəti orqanlar və FHN-in xilasediciləri, texnikaları Bolqarçay ətrafına cəlb olunub.
Xatırladaq ki, analoji hal təqribən 2 həftə bundan öncə baş vermişdi. Sel təhlükəsinə görə Bolqarçay ətrafında yaşayan 3 kəndin sakinləri təhlükəsiz ərazilərə köçürülmüşdü.