BİLƏSUVARDA 16 MİN TON PAMBIQ YIĞILMIŞDIR
Biləsuvarda rekord miqdarda – 16 min ton pambıq yığılmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 min 700 ton çoxdur. Əsas emal müəssisələri olan “Biləsuvar-pambıq” və “Şəki - ipək” Açıq tipli səhmdar cəmiyyətləri müqavilə bağladıqları fermerlərə hər cür maddi-texniki yardım göstərmişlər.
Rayonda təcrübəli təsərrüfatçılar kimi tanınan Gülzar Rüstəmova, Lətif Cəfərov, Ədalət Həsənov, Ərəstun Məmmədov və başqaları hər hektardan daha çox - 41–42 sentner “ağ qızıl” götürmüşlər.
Rayon statistika idarəsindən AZƏRTAC-a bildirmişlər ki, məhsul yığımı davam edir, ümumi göstəricinin 18 min tona çatdırılacağı proqnozlaşdırılır.