REGİONLAR
Biləsuvarda Uşaq İncəsənət Festivalının 2-ci mərhələsinə start verilib
Biləsuvar, 4 iyul, İlkin Adıyev, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının 2-ci mərhələsi Biləsuvar Regional Mədəniyyət İdarəsi üzrə də start götürüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Biləsuvar Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Biləsuvar, Salyan, Neftçala, Hacıqabul rayonları və Şirvan şəhəri üzrə keçirilən 2-ci mərhələ bir məntəqədə - Salyan Dövlət Kukla Teatrında reallaşıb. Festivalın 2-ci mərhələsinin birinci günündə iştirakçılar piano ifaçılığı nominasiyası üzrə mübarizə aparıblar. Bu nominasiya üzrə 48 nəfər iştirak edib.
Qeyd edək ki, Biləsuvar Regional Mədəniyyət İdarəsi üzrə Uşaq İncəsənət Festivalının 2-ci mərhələsinə, ümumilikdə, 206 nəfər vəsiqə qazanıb.