Biləsuvarda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Biləsuvar, 26 fevral, Mahir Babayev, AZƏRTAC
Fevralın 26-da Biləsuvarda Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı anma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar rayon mədəniyyət evinin foyesində uşaqların əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar.
Tədbirdə bildirilib ki, Xocalı soyqırımı Ermənistanın xalqımıza qarşı zaman-zaman yeritdiyi işğalçılıq siyasəti, törətdiyi qanlı terror hadisələrindən biridir. Mənfur qonşularımız əsrlər boyu belə iyrənc əməlləri ilə yadda qalıb. Bu isə zaman keçdikcə Ermənistanın dövlət siyasətinə çevrilib.
Çıxışlarda Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində görülən işlər də diqqətə çatdırılıb.
Sonra “Xocalı - qan yaddaşımız “ adlı ədəbi-bədii kompozisiya təqdim olunub.