Binə qəsəbəsində azyaşlı uşağın öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Bakı, 23 iyul, AZƏRTAC
İyulun 23-də saat 1 radələrində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə Bakı şəhəri Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırmalarla rayonun Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubovun kəsici-deşici alətlə əvvəlcə 2 azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirməsi nəticəsində sonuncu və azyaşlılardan birinin ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisə zamanı xəsarət alan digər azyaşlı xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9, 29, 120.2.4, 29, 120.2.9 (xüsusi amansızlıqla və köməksiz vəziyyətdə qəsdən adam öldürmə və öldürməyə cəhd) və digər maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]