Binəqədi və Nərimanov rayonlarında oğurluqlar edən şəxslər tutulublar
Bakı, 20 fevral, AZƏRTAC
Binəqədi rayonunda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 18-də Binəqədi rayonu ərazisindəki evlərin birindən 100 manat, 560 ABŞ dolları məbləğində pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Y.Niftəliyev Rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş T.Sadıqlı ilə bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat tədbirləri ilə onun rayon ərazisində “Mercedes” markalı avtomobildən 3 ədəd mobil telefon və 2 ədəd eynək oğurlaması da müəyyən edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]