Bir ay əvvəl ürək əməliyyatı keçirmiş Leonid Kravçukun vəziyyəti pisləşib
Bakı, 28 iyul, AZƏRTAC
Ukraynanın birinci prezidenti, ürək əməliyyatı keçirdikdən sonra artıq bir aydır reanimasiyada yerləşdirilən Leonid Kravçukun sağlıq durumu pisləşib.
AZƏRTAC Ukraynanın “1+1” telekanalına istinadla xəbər verir ki, Leonid Kravçuk ağ ciyərin süni tənəffüs aparatına qoşulub və hazırda sərbəst nəfəs ala bilmir. Siyasətçinin ailəsi xəstəxananın həkimlərinə onun səhhəti ilə bağlı şərhlər verməyi qadağan edib.
Dörd il əvvəl - 2017-ci ilin mayında Ürək İnstitutunda Kravçukun damarlarında stentləşdirmə aparılmışdı. Ukrayna KİV-in məlumatına görə, 2021-ci il iyunun 29-da o, uğurlu ürək əməliyyatı keçirmişdi.
Səksən yeddi yaşlı Leonid Kravçuk 2020-ci il iyulun 28-dən Ukraynanın şərqində vəziyyətin nizamlanması üzrə Təmas Qrupunda ölkəsinin nümayəndə heyətinə rəhbərlik edir. O, 1991-ci ildən 1994-cü ilədək Ukrayna prezidenti olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.06.2026 [17:15]
Norveçin vəliəhd şahzadəsinə uğurlu ağciyər transplantasiyası edilib
- 17.06.2026 [16:27]
Moldova iki beynəlxalq dənizçilik konvensiyasına qoşulacaq
- 17.06.2026 [16:02]
Şoyqu: Rusiya və Türkiyə daim qarşılıqlı məqbul həllər tapıb
- 17.06.2026 [15:57]
Bir çox NATO ölkəsi müdafiə investisiyalarını 20 faiz artırıb
- 17.06.2026 [15:56]
Estoniyada prezident seçkiləri: fövqəladə iclasın vaxtı açıqlanıb
- 17.06.2026 [15:54]