Bir neçə rayonun ərazisində ağacların qanunsuz kəsildiyi aşkar edilib
Bakı, 17 may, AZƏRTAC
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Lənkəran, Biləsuvar, Xaçmaz və İsmayıllı rayonları ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, araşdırma zamanı ağacların Lənkəran rayonu, Günəhir bələdiyyəsinin mülkiyyətində olan ərazidə vətəndaş Fikrət Fərəczadə, Biləsuvar rayonu, Arazbari kəndinin ərazisində “Azərsun Kənd Təsərrüfatı Məhsulları” MMC, Xaçmaz rayonu, Bayoba bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində Xıdır Qurbanov, İsmayıllı rayonu, Zoğallıq bələdiyyəsinin mülkiyyətində olan sahədə isə İsfahan Əzizov tərəfindən kəsildiyi məlum olub.
“Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”, -deyə qeyd olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]