CƏMİYYƏT
“Bir yazıçı ömrünün manifesti” adlı esse müsabiqəsi elan edilib
Bakı, 10 aprel, AZƏRTAC
“Davam” Gənclər Hərəkatı böyük yazıçı Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunan “Bir yazıçı ömrünün manifesti” adlı esse müsabiqəsinə başlayıb.
Gənclər Hərəkatından AZƏRTAC-a bildiriblər ki, müsabiqəyə təqdim edilən esselər Azərbaycan dilində, “Word” faylında olmalı, “Arial-12” şrifti ilə yazılmalı, faylın ölçü və görünüş cəhətdən səliqəli olmasına diqqət edilməlidir. İştirakçı haqqında lazımi məlumatlar (Ad, soyad, təvəllüd, əlaqə nömrəsi, e-mail ünvanı) “Word” faylının sonunda tam formada qeyd olunmalıdır.
Müsabiqədə iştirak etmək üçün yaş həddi 16-29-dur. Esselər “Mir Cəlal Paşayev 115” başlığı ilə [email protected] mail ünvanına göndərilməlidir.
Son müraciət tarixi aprelin 20-si saat 23:00-da bitir.