Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb
Füzuli, 15 may, AZƏRTAC
Birinci Qarabağ müharibəsinin itkin şəhidləri Ələddin Həzi oğlu Həziyev və Zuar İmamqulu oğlu Sadıqov Füzuli rayonunun İşıqlı kənd qəbiristanlığında dəfn olunublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə İşıqlı kəndində vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, dövlət və hökumət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra Ələddin Həziyevin və Zuar Sadıqovun nəşləri hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Ələddin Həziyev və Zaur Sadıqov 1973-cü ildə İşıqlı kəndində kəndində anadan olublar. Onlar Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıblar. 1993-ci ildə Cuvarlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüblər. Onların şəxsiyyəti aparılan müvafiq ekspertiza nəticəsində müəyyən edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2026 [16:37]
Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 15.05.2026 [15:54]
Kənd təsərrüfatı naziri Şuşada vətəndaşlarla görüşüb
- 15.05.2026 [15:50]
WUF13 və bayram günləri ərəfəsində cənub bölgəsinə turist axını gözlənilir
- 15.05.2026 [15:24]
Naxçıvanda “e-müqavilə” altsisteminin tətbiqi barədə məlumat verilib
- 15.05.2026 [15:10]
Energetika naziri Neftçalada vətəndaşlarla görüşüb
- 15.05.2026 [14:56]