Konqoda 246 nəfərin ebola virusuna yoluxduğu ehtimal edilir
Qahirə, 15 may, AZƏRTAC
Konqo Demokratik Respublikasının İturi vilayətində ebola virusu yenidən yayılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qurum vəziyyətlə əlaqədar Konqo Demokratik Respublikası, Uqanda, Cənubi Sudan və beynəlxalq tərəfdaşlarla transsərhəd nəzarət, hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi məqsədilə təcili iclas keçirəcək.
Məlumata görə, indiyədək virusa yoluxduğu ehtimal edilən 246 nəfər qeydə alınıb, 65 ölüm halı baş verib. Yoluxma və ölüm hallarının əksəriyyəti Monqvalo və Ruambara səhiyyə zonalarında müşahidə olunub.
Qeyd olunub ki, Bunia və Ruambara şəhərlərində əhali sıxlığı, eləcə də Monqvaloda mədən fəaliyyəti ilə bağlı miqrasiya səbəbindən xəstəliyin daha geniş yayılması riski narahatlıq doğurur.
Bildirilib ki, virus yoluxmuş şəxslərin bədən mayelərinə toxunmaq, çirklənmiş əşyalar və ya xəstəlik səbəbindən vəfat etmiş insanlarla birbaşa təmas nəticəsində yayılır. Son 50 ildə ebola virusu Afrikada 15 mindən çox insanın həyatına son qoyub.
Xatırladaq ki, Konqo Milli İctimai Səhiyyə İnstitutunun direktoru Dyedonne Mvamba Kazadi ötən ilin dekabrında Konqo Demokratik Respublikasında ebola epidemiyasının faktiki olaraq başa çatdığını elan etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [10:51]
Moskva vilayətinə dron hücumları nəticəsində ölən və yaralananlar var
- 06.10.2026 [10:25]
Pakistanda poliomielitə yoluxanların sayı artır
- 06.10.2026 [09:21]
ABŞ hipersəs raketinin uçuş sınağını keçirib
- 06.10.2026 [08:18]
Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib
Dünya bazarında qızıl ucuzlaşıb
- [08:37]
Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub
- 05.10.2026 [23:42]
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
- 05.10.2026 [23:25]
Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb
- 05.10.2026 [23:06]
Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub
- 05.10.2026 [22:54]
Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib
- 05.10.2026 [22:41]
Tovuzda ata oğlunu bıçaqlayıb
- 05.10.2026 [22:26]
Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır
- 05.10.2026 [21:52]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:12]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [21:11]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [20:33]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 05.10.2026 [20:00]
TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib
- 05.10.2026 [19:49]