Birinci rübdə Astarada əsas kapitala qoyulan vəsait 37 faizdən çox artıb
Astara, 15 aprel, Bağır Əliyev, AZƏRTAC
Bu ilin birinci rübündə Astara rayonunda əsas kapitala 4239,3 min manat məbləğində, yaxud ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,3 faiz çox vəsait yönəldilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Astara Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, istifadə olunmuş vəsaitin 15,3 min manatı məhsul istehsalı obyektlərinin, 3422 min manatı xidmət sahələri üzrə obyektlərin, 802 min manatı ümumi sahəsi 2446 kvadratmetr olan fərdi yaşayış evlərinin tikintisinə, 4183,9 min manatı isə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Ümumi sərmayənin 81,1 faizi dövlət, 18,9 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Əsas kapitala yönəldilmiş sərmayədə büdcə vəsaitləri 3437,3 min manat, əhalinin şəxsi vəsaitləri 802 min manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:38]
Emsa Fazliç: Xocalı əhalisinin çəkdiyi əzablar bizi çox kədərləndirir VİDEO
- 09.10.2026 [14:11]
İsraildən olan turistlər Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət ediblər
- 09.10.2026 [13:54]
Filippinli səyyah: Kəlbəcərə səfər mənim üçün çox maraqlı təcrübə oldu
- 09.10.2026 [13:49]
Amerikalı turist: Xudavəng monastırı məndə xoş təəssürat yaradıb
- 09.10.2026 [13:25]
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar VİDEO
- 09.10.2026 [11:04]