Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqını milli bayram münasibətilə təbrik edib
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyənin milli bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Türkiyə xalqını milli bayramı – Cümhuriyyət Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [16:47]
Dünya səyyahları Gəncəsər Monastır Kompleksini ziyarət ediblər VİDEO
- 09.10.2026 [16:30]