BİRJA GƏLƏN İL ÜÇÜN FƏALİYYƏTİNİN ÖNCÜL İSTİQAMƏTLƏRİNİ TƏSDİQ ETMİŞDİR
Bakı Banklararası Valyuta Birjasından (BBVB) AZƏRTAC-a bildirmişlər ki, burada keçirilmiş müşavirədə birjanın gələn il üçün iş planı təsdiq edilmişdir.
Mütəxəssislərin fikrincə, informasiya yönümünün, məsləhət və təhsil xidmətlərinin genişləndirilməsi, müasir korporativ idarəetmə prinsiplərinin tətbiqi, banklararası kredit bazarının fəallaşdırılması, menecmentin inkişafı, habelə ödəmə xidmətləri sisteminin təkmilləşdirilməsi, elektron hərrac sisteminin inkişafı birjanın fəaliyyətinin öncül istiqamətləri olacaqdır.
BBVB yaxın illər üçün inkişaf strategiyasını təsdiq etmişdir. Bu strategiyada birjanın informasiya-hərrac sisteminin genişləndirilməsi və analoji xarici strukturlara inteqrasiya nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:53]
Vətəndaşlara saxta CAPTCHA səhifələri ilə bağlı xəbərdarlıq edilir
- 11.06.2026 [18:43]
OPEC: Bu il qlobal neft tələbatı sutkada 106 milyon barel olacaq
- 11.06.2026 [17:59]