BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ İLƏ AZƏRBAYCAN ARASINDA MƏDƏNİ ƏLAQƏLƏR GENİŞLƏNİR
Ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda deyilir ki, BƏƏ-nin İnformasiya və Mədəniyyət Nazirliyinin dəvəti ilə həyata keçirilən səfər zamanı iki dövlət arasında mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi ilə bağlı hökumətlərarası sənədlərin layihəsi və bir sıra başqa məsələlər müzakirə olunmuşdur. Danışıqlar zamanı Bu ölkədə Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi qərqara alınmışdır.
Azərbaycan müstəqillik qazandıqdan sonra BƏƏ-də, ümumiyyətlə ərəb dünyasında Azərbaycan mədəniyyət günlərinin keçirilməsi yaddaşlarda ilk tədbir kimi qalacaqdır.
Səfirliyimizin təşəbbüsü ilə bu ilin fevral ayında tanınmış muğam ustası, xalq artisti Alim Qasımovun Abu-Dabidə konserti təşkil olunacaq, mart ayında isə Azərbaycanın xalq rəssamı Hüseyn Əliyevin fərdi sərgisi açılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:54]
Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə
- 29.09.2026 [16:12]
Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb
- 29.09.2026 [15:36]
Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti
- 29.09.2026 [12:10]
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib
- 29.09.2026 [11:24]