Birləşmiş Krallıq ABŞ-dan avtomobil idxalına tətbiq olunan rüsumları kəskin azalda bilər
London, 24 aprel, AZƏRTAC
Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz ABŞ-dan avtomobil idxalına tətbiq olunan rüsumların azaldılmasına hazır olduğuna işarə edib.
AZƏRTAC “The Wall Street Journal”a istinadla xəbər verir ki, Birləşmiş Krallıq ABŞ avtomobillərinə tətbiq olunan 10 faiz dəyərindəki idxal rüsumunu 2,5 faizə endirə bilər.
Bu güzəşt ehtimalı nazirin Beynəlxalq Valyuta Fondu (IMF) çərçivəsində keçirilən sammitdə iştirak etmək üçün Vaşinqtona səfəri zamanı ortaya çıxıb. Bu, son vaxtlar müzakirə edilən ikinci güzəşt ola bilər. Daha əvvəl yayılan məlumatlara əsasən, Kir Starmer hökuməti planlaşdırılan rəqəmsal xidmətlər vergisinin ləğvini də nəzərdən keçirə bilər.
Vaşinqtonda biznes liderləri ilə görüş zamanı Reyçel Rivz konkret təkliflərdən danışmasa da, Böyük Britaniya ilə ABŞ arasında gömrük və qeyri-gömrük maneələrinin azaldılmasını dəstəklədiyini bildirib.
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]