BİRLƏŞMİŞ YENİ BANK “UNİBANK” ADLANDIRILMIŞDIR
Birləşmiş Yeni “MBANK”ın Müşahidə Şurasının növbəti iclasında bankın adını dəyişərək “UniBank” qoymaq qərara alınmışdır.
Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bu qərar həmin məsələ ilə bağlı bir çox təkliflər təhlil olunduqdan sonra qəbul edilmiş, bir sıra prinsiplər və meyarlar nəzərə alınmaqla, daha optimal variant seçilmişdir. Hazırda bankın yeni loqotipinin hazırlanması ilə bağlı iş aparılır.
Yaxın günlərdə bankın rəhbərliyi onun adının dəyişdirilməsi prosesi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi üçün müvafiq dövlət orqanlarına və Azərbaycan Milli Bankına müraciət etmək niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]