BİŞKEKDƏ DÜNYA ŞÖHRƏTLİ SİYASƏTÇİ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ ANILMIŞDIR
Mərasimin təşkilatçısı, uzun illərdir burada yaşayan, Qırğızıstan Dövlət Teleradio Korporasiyasının “Körpü” adlı Azərbaycan proqramının aparıcı redaktoru Hökumə Xəlilova (Tovuzlu) müdrik dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən, dünya şöhrətli siyasətçinin qürbətdəki soydaşlarımıza diqqət və qayğısından, onların doğma Vətənlə əlaqə yaratmaları istiqamətində göstərdiyi fəaliyyətdən danışmışdır.
Sonra tarixi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videofilm göstərilmişdir. Mərhumun ruhuna dualar oxunmuş, ehsan verilmişdir.