Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi Xocalı faciəsi ilə bağlı mərasim keçirmişdir
Bişkek, 27 fevral (AZƏRTAC). Bişkekdəki “Azəri” Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) Xocalı faciəsi ilə bağlı mərasim keçirmişdir.
Tədbirdə Azərbaycanın Qırğızıstandakı səfirliyinin əməkdaşları, diasporumuzun üzvləri, qardaş qırğız xalqının nümayəndələri, jurnalistlər iştirak etmişlər.
AMM-nin sədri Əziz Əliyev Xocalı faciəsi haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırmışdır ki, qaniçən erməni quldurları keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının hərbçiləri ilə birgə bir gecənin içində Xocalıda görünməmiş vəhşiliklər törətmiş, qocalar, qadınlar, uşaqlar qəddarlıqla qətlə yetirilmiş, südəmər körpələr süngüyə taxılmışdır. Əsir düşənlər ağlasığmaz işgəncələrə məruz qalmış, təhqir olunmuşlar.
Səfirliyin əməkdaşı İlkin Abbasəliyev Xocalı faciəsinin XX əsrin ən dəhşətli faciələrindən biri olduğunu bildirmişdir. Deyilmişdir ki, o gün erməni quldurları öz havadarları ilə birgə Xocalını yer üzündən sildilər və bu, planlı şəkildə hazırlanmış bir soyqırımı idi.
Bişkekdəki Azərbaycan məscidinin axundu hacı İlqar Xocalı faciəsinin günahkarlarının və onların havadarlarının əməllərini pisləmiş, nə vaxtsa onların məsuliyyətə cəlb ediləcəyini vurğulamışdır.
Sonra şəhidlərin ruhuna ehsan verilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]