Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bizim hamımızın bir vətəni var - Azərbaycan

Bakı, 31 dekabr (AZƏRTAC). Hər bir xalqın tarixi inkişaf prosesində onun mütəşəkkilliyi üçün mühüm və əlamətdar hadisələr olmuşdur. Azərbaycan xalqının da tarixi belə hadisələrlə zəngindir. Azərbaycan xalqının inkişafında milli birliyin əldə olunmasında və ən başlıcası isə azərbaycançılıq ideyasının meydana gəlməsində və formalaşmasında Həmrəylik Gününün mühüm əhəmiyyəti vardır.

31 dekabr - Dünya Azərbaycanlılarının milli birlik və həmrəylik günüdür.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd olunması müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri olduqca böyükdür. Sovet dövründə Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin qorunub saxlanmasında və inkişaf etdirilməsində Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Dövrün qadağalarına baxmayaraq, Heydər Əliyev istər Bakı şəhərində, istərsə də respublikamızın rayonlarında Azərbaycan xalqının görkəmli şəxsiyyətlərinin, ədəbiyyat və mədəniyyət xadimlərinin, sərkərdələrinin, yazıçı və şairlərinin heykəllərini ucaltmışdır ki, xalq imperiyanın ruslaşdırma siyasəti nəticəsində öz tarixini, milli kimliyini unutmasın. Görkəmli tarixi şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində qeyd olunması da məhz bu məqsədə xidmət edirdi.

Ötən əsrin 80-ci illərinin sonlarında SSRİ məkanında cərəyan edən hadisələr imperiyanın sərhədləri çərçivəsində demokratik düşüncə tərzinin genişlənməsinə və milli azadlıq hərəkatlarının güclənməsinə zəmin yaratmışdır. Azərbaycanda milli oyanış daha geniş vüsət almışdır. Təsadüfü deyildir ki, 1989-cu ildə azərbaycanlılar “Dünyanın ən mübariz xalqı” adına layiq görülmüşdülər. Erməni işğalçılarının ölkəmizin ayrılmaz parçası  olan Dağlıq Qarabağın ərazisinin qəsb edilməsinə yönəldilmiş terror-təxribat aksiyaları xalqımızın milli özünüdərk hissinin güclənməsində mühüm rol oynamışdır.

1990-cı il 20 Yanvar faciəsi Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk edilmişdir. Bu faciə xalqı vahid qüvvə kimi birləşdirdi. Heydər Əliyev belə bir mürəkkəb şəraitdə vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək 20 Yanvar qırğını ilə bağlı Moskvada etiraz səsini ucaltmış, dünya azərbaycanlılarını ayağa qaldırmış, xalqın siyasi iradəsini bəyan etmişdir. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətinə malik yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi. Lakin həmin məqamda respublikamızda bu imkandan istifadə edilmədi və nəticədə mövcud problemlər daha da dərinləşdi.

Azərbaycan xalqının tarixi təkamülü sayəsində XX əsrin sonlarında dövlət müstəqilliyimiz yenidən bərpa olmuş və dönməz, qarşısıalınmaz xarakter aldı. Bu, yalnız Azərbaycan vətəndaşlarının deyil, xaricdə yaşayan bütün soydaşlarımızın milli təfəkküründə əsaslı dönüşün nəticəsi oldu.

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi qeyd edilməsinin Azərbaycan xalqı və dövləti üçün həm də böyük beynəlxalq əhəmiyyəti vardır. Bu bayram xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən tarixin elə bir məqamında təsis edilmişdir ki, həmin dövrdə azərbaycanlıların sözün həqiqi mənasında həmrəyliyə böyük ehtiyacı var idi.

Hələ Naxçıvanda başlanan sərhəd hərəkatı bütün sovet məkanında böyük əks-səda doğurmuşdur. Sovet İttifaqının süquta doğru yuvarlanması müttəfiq respublikaların müstəqillik əldə etmələri üçün münbit şərait yaratmışdır. Bu şəraitdən Azərbaycan da istifadə edərək öz müstəqilliyini elan etdi. Lakin Azərbaycanın müstəqilliyini həzm edə bilməyənlər, onun təbii sərvətinə göz dikib daim asılı vəziyyətdə qalmasına çalışan qüvvələr böyük fəsadlar törətdilər. Bir tərəfdən Dağlıq Qarabağa erməni hücumları, digər tərəfdən ölkədə hakimiyyət uğrunda amansız mübarizə nəticəsində ictimai-siyasi sabitlik tamamilə pozulmuş, ölkə vətəndaş müharibəsi, dövlət isə məhv olmaq qarşısında qalmışdı.

Bu zaman Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində işləyən Heydər Əliyev müstəqilliyini yenicə elan etmiş Azərbaycanın dünyada tanıdılmasının, Dağlıq Qarabağ münaqişəsində ölkənin haqlı mövqeyinin dünya birliyinə çatdırılmasının vacibliyini nəzərə alaraq sərhəd hərəkatının ildönümündə -1991-ci il dekabrın 16-da 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında qərar qəbul etmiş və bu günün ölkə səviyyəsində qeyd edilməsi barədə Ali Sovet qarşısında vəsatət qaldırmışdır.

Bununla da dünya azərbaycanlılarının təşkilatlanması - diaspora və lobbiçilik prosesi başlanmışdır.

Bir tərəfdən Heydər Əliyev Azərbaycanın dünyada təbliğ olunması məqsədini güdürdüsə, digər tərəfdən qloballaşan dünyada azərbaycanlıların assimilyasiyaya uğramasının qarşısını almağa çalışırdı. Beləliklə, Heydər Əliyev dünyanın müxtəlif mədəniyyətləri tərkibində yaşayan azərbaycanlıların birləşməsinə, onların təşkilatlanmasına və vahid məqsədlər uğrunda mübarizəyə qoşulmalarına nail oldu.

Təsadüfi deyildi ki, 2001-ci ilin noyabr ayında özünün təşəbbüsü ilə Bakıda keçirilən Dünya Azərbaycanlılarının 1-ci qurultayında ulu öndər Heydər Əliyev demişdir: “Hər bir insanın milli mənsubiyyəti onun qürur mənbəyi olmalıdır. Mən həmişə fəxr etmişəm, bu gündə fəxr edirəm ki, mən azərbaycanlıyam”.

Aforizmə çevrilmiş bu sözləri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar tez -tez təkrarlayaraq Vətənlə əlaqələr qurur, onun dərdini öz dərdləri hesab edirlər. Birinci qurultaydan sonra Avropa və Asiya ölkələrində, eləcə də Amerikada yaşayan azərbaycanlıların 40-dan çox təşkilatı yaradıldı.

Bütün bunlardan başqa, müasir dünyada diaspor təşkilatlarına malik olmayan dövlət özünün xarici siyasətində, mədəniyyətinin təbliğində, bu və ya digər qlobal xarakterli siyasi prosesdəki mövqeyini dünya ictimaiyyətinə çatdırmaqda çətinliklərlə üzləşəcəkdir. Müasir tariximiz də göstərir ki, dünyanın böyük dövlətləri ilə əməkdaşlıqda diaspor əhəmiyyətli rol oynayır. Konkret misal da göstərmək olar. Əgər müstəqilliyimizin ilk illərində hakimiyyətdə olanlar diasporun əhəmiyyətini başa düşüb, onun formalaşması istiqamətində əməli addım atsaydılar, bəlkə də ABŞ Konqresi məlum “Azadlığa dəstək aktına” 907-ci düzəlişi etməz və Azərbaycanı o ağır günlərdə yardımsız qoymazdı. Həmin dövrdə ABŞ Konqresində heç kim Azərbaycanı müdafiə etmədi. Bu gün isə Senatda və Konqresdə Azərbaycanın dostlarının sayı durmadan artır.

2002-ci iyulun 5-də Prezident Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması isə diasporla işi daha da təkmilləşdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunu uğurla davam etdirərək dünyanın bütün ölkələrində diaspor təşkilatlarının yaradılmasına nail oldu. 2006-cı ilin mart ayında dünya azərbaycanlılarının II, 2011-ci ilin iyulunda isə III qurultayları keçirildi. Qurultaylarda müzakirə edilən məsələlər və qəbul edilən qərarlara nəzər salsaq diaspor təşkilatlarının nə qədər inkişaf etdiyini görərik. Artıq azərbaycanlıların diaspor təşkilatları Avropa dövlətlərinin, ABŞ-ın parlamentlərinə təsir imkanına malikdir.

Beləliklə, Prezident İlham Əliyevin beynəlxalq aləmdə erməni diasporuna qarşı müdafiədən hücuma keçmək taktikası öz nəticələrini verməkdədir. Məhz bunun nəticəsidir ki, Dağlıq Qarabağın müstəqilliyini nəinki dünya dövlətləri, Ermənistanın özü belə tanımaqdan ehtiyat edir. Azərbaycana qarşı ABŞ Konqresində sanksiyalar deyil, dəstək bəyanatları səslənir.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi isə rəsmi Bakının xarici siyasətinin və diplomatiyamızın böyük qələbəsindən xəbər verir.

Dünya Azərbaycanlılarının III qurultayındakı nitqində Prezident İlham Əliyev demişdir: “Bizim xaricdə yaşayan böyük ailəmiz vardır, bu, azərbaycanlılardır. Onlar öz doğma Vətəninə bağlı olan adamlardır. Bizi fərqləndirən əlamət ondan ibarətdir ki, harada yaşamağımızdan asılı olmayaraq, öz Vətənimizə bağlıyıq. Bura bizim vətənimizdir, hamımızın vətənidir. Müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Bizim bir vətənimiz var - Azərbaycan! Bizim bir dilimiz var - Azərbaycan dili! Bizim ümumxalq ideologiyamız var - azərbaycançılıq məfkurəsi! Mən arzu edirəm ki, dünyada yaşayan bütün azərbaycanlılar həmişə bir yerdə olsunlar. Həmişə bilsinlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır və onlar hər zaman Azərbaycan dövlətinə arxalana bilərlər”.

Prezident İlham Əliyevin uğurlu siyasəti onu 50 milyonluq xalqın liderinə çevirmişdir.

Azərbaycan diasporunun tarixi qədim olsa da, onun formalaşması XX yüzilliyin sonuna təsadüf etmişdir. Bu müddət ərzində heç bir dövlət xadiminin ağlına belə gəlməmişdir ki, Azərbaycanın maraqları naminə bu və ya digər səbəbdən dünyaya səpələnmiş həmyerlilərimizin qüvvəsindən istifadə etsin.

Ümummilli lider Heydər Əliyevin mühüm problemlər arasında ən vacibini seçmək bacarığı həmişə Azərbaycanın strateji maraqlarına xidmət etmişdir.

1991-ci ildə Naxçıvanda Heydər Əliyev bu məsələyə ciddi diqqət ayırarkən, Azərbaycanda daha böyük problemlər mövcud idi. Erməni təcavüzü, vətəndaş qarşıdurması, iqtisadi böhran, vətəndaşların ölkəni kütləvi şəkildə tərk etməsi və başqa problemlərin tüğyan etdiyi bir zamanda dünya azərbaycanlılarının həmrəylik gününü təsis etmək sanki aktuallıq kəsb etmirdi. Lakin zaman Heydər Əliyevin nə qədər uzaqgörən olduğunu sübuta yetirdi. Bu gün dünyanın aparıcı dövlətlərində fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycanla sıx əlaqələr qurur, ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanın zəngin mədəniyyətini, tarixini, görkəmli şəxsiyyətlərini təbliğ edərək uzun illər ermənilər tərəfindən üzərimizə atılan ləkəni təmizləyirlər.

Bu gün Avropada Avropa-Azərbaycan Cəmiyyəti, Almaniya-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Britaniya Azərbaycanlılar İcması, Fransa-Azərbaycan Mədəni Əlaqələr Assosiasiyası, İtaliya-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti, Amerikada ABŞ-Azərbaycan Şurası, Azərbaycan-Amerika Cəmiyyəti, Kanada Azərbaycanlılarının Əməkdaşlıq Assosiasiyası və yüzlərlə başqa təşkilatlar fəaliyyət göstərir. İnanırıq ki, bu təşkilatlar təkcə Azərbaycanı xaricdə tanıtmayacaq, həm də onun beynəlxalq imicinin artmasında, dünya dövlətləri sırasındakı layiqli yerinin möhkəmlənməsində, problemlərinin həllində yaxından iştirak edəcəklər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümükündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib

“Anadolu Məktəbi” layihəsinin iştirakçıları Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi zalla tanış olublar

Məcnun Məmmədov: “Aqrar sahə haqqında” qanun layihəsi kənd yerlərinin inkişafını dəstəkləyəcək

İdeoloji təhdidlərə qarşı müqavimət göstərmək bütün cəmiyyətin məsuliyyətidir - Rəy

Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib VİDEO

Şamil Ayrım: İtkinlərin taleyinin müəyyənləşdirilməsi siyasi mübahisələrdən kənarda, humanitar məsələ kimi qiymətləndirilməlidir

Nazir: Qanun layihəsi dövlətin aqrar sahədəki vəzifələrini 32 istiqamət üzrə dəqiqləşdirir

Tahir Rzayev: Aqrar sahədə dəstək mexanizmini təkmilləşdirmək başlıca istiqamətdir

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

“PostEurop”un sədri: Azərbaycan poçt sektorunun transformasiyasında etibar edə biləcəyimiz ölkələrdəndir VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

ICMP-nin baş direktoru: Dünyada itkin düşmüş şəxslərin sayı artır VİDEO

Məcnun Məmmədov: "Aqrar sahə haqqında" qanun layihəsi problemlərin həllinə yönəlib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir

Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

ICMP-nin baş direktoru Bakıda keçirilən beynəlxalq tədbir barədə: Bu müzakirələr əhəmiyyətlidir VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

“PostEurop”un baş katibi: Poçt sektoru innovasiya, uyğunlaşma və dayanıqlı inkişaf üzərində qurulmalıdır VİDEO

Moldovanın hava məkanında icazəsiz uçuş aşkar edilib

Keniyada Ebola virusuna ilk yoluxma və ölüm halı qeydə alınıb

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

FHN yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib VİDEO

BVF qlobal enerji və süni intellekt şokları ilə bağlı xəbərdarlıq edib

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las-Veqasda keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb