BİZNESİN ƏSASLARI MÖVZUSUNDA TRENİNQ
Gənclər, idman və turizm, iqtisadi inkişaf nazirlikləri və Əli Bayramlı Şəhər İcra Hakimiyyəti Azərbaycan Respublikası Prezidentinin “kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramının təsdiq edilməsi haqqında /2002-2005-ci illər/” Fərmanına uyğun olaraq, bu şəhərdə biznesin əsasları mövzusunda treninq keçirmişlər. Treninq ordudan tərxis olunmuş gənclər üçün nəzərdə tutulmuşdu.
Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nazirliyin mütəxəssisləri sahibkarlıq fəaliyyətinin inkişafı və genişləndirilməsi problemlərinə, kreditlərə və onların alınma qaydalarına dair mühazirələr oxumuşlar.
Treninqdə iştirak etmiş 200 gəncin hamısına müvafiq sertifikatlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]