İQTİSADİYYAT
BİZNESİN İNKİŞAFI ALYANSI YARADILIR
Yeni ictimai təşkilat olan Biznesin İnkişafı Alyansının (BİA) birinci iclası keçirilmişdir. Onun təsisçiləri Böyük Britaniya, ABŞ və Norveçin Azərbaycandakı səfirlikləri, bp, “Statoyl”, “Unokal” neft şirkətləri, Avrasiya Fondu, habelə ATƏT, BMTİP, TASİS, AYİB və BVF kimi beynəlxalq təşkilatlardır.
BİA-dan AZƏRTAC-a birlidrmişlər ki, hazırda təşkilat Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Alyansın biznes siyasəti, maliyyə və kredit, məlumatlar bazası, neft sənayesinin ehtiyacları üzrə işçi qrupları fəaliyyət göstərir. Biznes-inkubatorlar, xarici sərmayələr, neft sektorunun inkişafı və regional əməkdaşlıq üzrə də işçi qrupları yaratmaq nəzərdə tutulur.
BİA İqtisadi İnkişaf Nazirliyi ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərəcək, mayın 7-9-da Bakıda “Azərbaycana sərmayə qoyuluşu -yeni müstəqil dövlətlərə qapıdır” mövzusunda konfransın keçirilməsində ona kömək edəcəkdir.