Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
Bakı, 25 aprel, AZƏRTAC
Vaşinqton və Pekin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Çində səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken deyib.
"Bizim dünya qarşısında iki ölkə arasındakı münasibətlərə görə məsuliyyəti öz üzərimizə götürmək öhdəliyimiz var. Biz bu öhdəliyimizi ciddi qəbul edirik", - deyə Dövlət katibi qeyd edib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden və Çin Sədri Si Cinpin kommunikasiya xətləri qurmaq və onları saxlamaq üçün göstərişlər veriblər.
Qeyd edək ki, bu səfər Blinkenin ABŞ Dövlət katibi olduğu müddətdə Çinə ikinci gəlişidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:23]
Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
- 16.10.2026 [18:19]
Efiopiyada Tiqray bölgəsinə altı aylıq keçid administrasiyası yaradılıb
- 16.10.2026 [17:04]
İtaliya və İspaniya sərhəd yoxlamalarını ləğv etməyə hazırlaşır
- 16.10.2026 [17:00]