BMK AZƏRBAYCANDA YENİ PROQRAMI MALİYYƏLƏŞDİRİR
Dünya Bankı qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda yeni proqramın maliyyələşdirilməsinə 250 min dollar ayırmışdır.
Dünya Bankının Bakı ofisindən AZƏRTAC-a bildirmişlər ki, proqram neft-qaz sahəsində, o cümlədən Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisində fəaliyyət göstərən kiçik və orta biznesə yardım üçün nəzərdə tutulmuşdur. Birinci mərhələdə 30 özəl firma əhatə olunacaq, sonra isə proqram Gürcüstanda və Türkiyədə də həyata keçiriləcəkdir.
Yeni proqram bp və Statoyl şirkətləri, Almaniyanın Texniki Yardım Agentliyi və Bakı Biznes Mərkəzi ilə birlikdə gerçəkləşdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]