BMT Baş Assambleyasının sədri Əfqanıstan hakimiyyətini qızların təhsil almasına icazə verməyə çağırıb
Bakı, 30 sentyabr, AZƏRTAC
BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Francis cümə axşamı mətbuat üçün brifinqdə Əfqanıstan hakimiyyətini qadın və qızların təhsil almasını qadağan etmək qərarına yenidən baxmağa çağırıb.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, D.Francis, “əfqan qadınları və qızları da kişilər kimi ayrılmaz insan hüquqlarına malikdirlər, onlara riayət edilməli və hörmət olunmalıdır” - deyə bildirib.
D.Francis deyib: "Mən Əfqanıstan hakimiyyətini bu siyasətə yenidən baxmağa və qızların məktəbə getməsinə, təhsil almasına icazə verməyə çağırmaq istərdim ki, onlar öz icmalarının və cəmiyyətin inkişafında rol oynaya bilsinlər”.
O qeyd edib ki, Əfqanıstan dünyada qızların təhsil almaq imkanı olmayan yeganə ölkədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [13:11]
İqlim dəyişmələri son 40 ildə Avropa İttifaqına 822 milyard avro zərər vurub
- 12.06.2026 [12:39]
İndoneziyada üç vulkan eyni vaxtda aktivləşib
- 12.06.2026 [12:22]
İran XİN: ABŞ ilə razılaşmanın əsas bəndləri artıq təsdiqlənib
- 12.06.2026 [12:20]
Pakistanda polisə hücum olub: ölənlər var
- 12.06.2026 [12:15]