BMT BAŞ KATİBİ DÜNYA QİÇS-LƏ MÜBARİZƏ GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
Son onnillikdə QİÇS-lə mübarizədə ciddi irəliləyişlərə nail olunduğunu qeyd edən K.Annan hazırda bu xəstəliklə mübarizəyə hər il 8 milyard ABŞ dolları vəsait xərcləndiyini diqqətə çatdırmışdır.
40 ölkədə QİÇS-lə mübarizə prosesinə dövlət və hökumət başçılarının və ya onların müavinlərinin rəhbərlik etdiyini, problemin BMT-nin Baş Məclisində, Təhlükəsizlik Şurasının iclaslarında müzakirə olunduğunu vurğulayan Baş katib QİÇS-i həlli mümkün olan problem kimi səciyyələndirir.
K.Annan müraciətində bütün insanları QİÇS-lə mübarizədə səyləri birləşdirməyə çağırır: “Gəlin, razılaşaq ki, bu gün verilən vədlərə əməl etməyin vaxtı çatmışdır. Dünya QİÇS-lə Mübarizə Günündə hər birinizdən bu mübarizədə mənə qoşulmağı rica edirəm”.