BMT KİMYƏVİ TULLANTILARDAN İSTİFADƏYƏ 500 MİLYON DOLLAR XƏRCLƏMƏK NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın verdiyi xəbərə görə, BMT ətraf mühitə ziyan vuran onlarca kimya zavodunun təmizlənməsinə təxminən 500 milyon dollar xərcləmək niyyətindədir. Bunu BMT-nin ətraf mühit məsələləri üzrə proqramının başçısı Klaus Topfer bildirmişdir. Bu vəsait 2001-ci ildə Stokholmda Davamlı üzvi çirkləndiricilər üzrə konvensiyasını imzalamış dövlətlərin əməkdaşlığı çərçivəsində xərclənəcəkdir.
Həmin sənədə görə, ölkələr bəzi kimyəvi maddələrdən, o cümlədən pestisidlərdən, köhnəlmiş avadanlıq və tullantılardan istifadə etməyi, habelə kimyəvi maddələrlə çirkləmiş əraziləri təmizləməyi öhdələrinə götürmüşlər. Konvensiya bu il mayın 17-də qüvvəyə minir.