BMT-NİN ASİYA VƏ SAKİT OKEAN ÜZRƏ İQTİSADİ VƏ SOSİAL KOMİSSİYASININ İCLASI KEÇİRİLMİŞDİR
Azərbaycan Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Trans-Asiya dəmir yolu şəbəkəsinə dair hökumətlərarası sazişin müzakirə olunması məqsədi ilə Tailandın Banqkok şəhərində BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) iclası keçirilmişdir.
İclasda respublikamızı Dövlət Dəmir Yolu Daşıma Poseslərini idarəetmə birliyinin rəis müavini Teymur Məmmədov təmsil etmişdir.
Tədbirdə hökumətlərarası sazişin gələn il nəqliyyat nazirlərinin iştirakı ilə imzalaması tövsiyə olunmuşdur. Saziş Avropa və Asiya arasında beynəlxalq əhəmiyyətli dəmir yollarının inkişafında mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [19:00]
® “Azercell“ “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır
- 07.10.2026 [16:48]
Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır
- 07.10.2026 [16:43]