COP29
BMT-nin Ətraf Mühit Proqramı nümayəndəsi: Azərbaycandan yüksək gözləntilərimiz var
Bakı, 14 noyabr, AZƏRTAC
“Biz iqlim dayanıqlılığı innovasiyalarını maliyyə sahəsində tətbiq edə biləcəyimizə ümidvarıq”.
Bunu AZƏRTAC-a müsahibəsində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı nümayəndəsi Erik Peter Uşer deyib.
O qeyd edib ki, COP bu istiqamətdə çox mühüm tədbirdir: “Burada bütün ölkələrdən və bir çox şirkətdən insanlar iqlim məsələlərini müzakirə etmək üçün toplaşıblar. Burada müzakirələr iqlim dəyişikliyinin fəsadlarını aradan qaldırmaq istiqamətindədir. Azərbaycandan yüksək gözləntilərimiz var. Ümid edirəm tədbirin sonunda dövlətlər bir araya gələrək maliyyə məsələlərində konkretləşməyə nail ola biləcək.
Mən şəxsən iqlim sahəsində yeniliklərin maliyyə sahəsində də tətbiqi ilə maraqlanıram”.
Bakıya ilk səfəri olduğunu deyən qonaq bildirib: “Azərbaycan olduqca gözəl ölkədir, mehriban və gözəl insanları var. Tədbirin təşkilatçılığı da çox yaxşıdır”.