Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMT-NİN İNKİŞAF PROQRAMI İLƏ HEYDƏR ƏLİYEV FONDU ARASINDA SAZİŞ İMZALANMIŞDIR

AZƏRTAC xəbər verir ki, dekabrın 9-da BMT-nin İnkişaf Proqramı ilə Heydər Əliyev Fondu arasında saziş imzalanmışdır.

Fondun icraçı direktoru Anar Ələkbərov mərasimi açaraq bildirdi ki, iki qurum arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi və layihə sənədi imzalanacaqdır.

Sənədləri Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva və BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Borsotti imzaladılar.

Sənədlər imzalandıqdan sonra MEHRİBAN ƏLİYEVA çıxış edərək dedi:

- Hörmətli cənab Borsotti!

Hörmətli xanımlar və cənablar!

Bu gün Heydər Əliyev Fondu ilə BMT İnkişaf Proqramı arasında çox önəmli bir saziş imzalandı. Ölkəmizdə kor və görmə qabiliyyəti zəif olan insanların informasiya kommunikasiya texnologiyalarına çıxışını təmin edən layihə artıq həyata keçirilməyə başlanır.

Azərbaycanda 320 min əlil insan yaşayır. Onlardan 40 mini kor və görmə qabiliyyəti zəif olan şəxslərdir. Layihə bu insanların həyata qoşulmasına, onların informasiya kommunikasiyaları vasitələri ilə bilik və məlumat əldə etmək imkanlarının genişləndirilməsinə, onların məşğulluğunun artırılmasına, ümumən bu insanların yaşayış tərzini yaxşılaşdırmağa xidmət edəcəkdir. Bu saziş Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında əməkdaşlığın ilk təməlidir. Heydər Əliyev Fondu yaradıldığı ilk gündən cəmiyyətimizin ən zəif təbəqələrinə böyük diqqət və qayğı ilə yanaşır. Artıq bu gün hamıya tanış olan fəaliyyətimiz bunu sübut edir. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat”, “Yeniləşən Azərbaycana yeni məktəblər”, “Uşaq evi və internat məktəblərinin inkişafı” proqramları qısa bir zamanda həyata keçirilmişdir və nəticədə minlərlə insana yardım göstərilmiş, kimsəsiz uşaqlara qayğı artırılmış, mühüm sosial problemlər həllini tapmışdır. Məhz bu fəaliyyətinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur.

Bu gün Heydər Əliyev Fondu beynəlxalq səhnəyə çıxır. Dünyanın ən mötəbər, ən nüfuzlu təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı ilə birgə fəaliyyətə başlayır. Mən əminəm ki, bu gün başladığımız layihə çox böyük uğurla nəticələnəcək, əldə olunan təcrübə kor və görmə qabiliyyəti zəif olan insanların imkanlarını genişləndirmək üçün hazırlanan yeni strategiyaya yardım göstərəcəkdir.

Sonda mən layihə üzrə işləyən bütün insanlara öz dərin minnətdarlığımı bildirmək istəyirəm, Fondun əməkdaşlarına, BMT-nin İnkişaf Proqramına və şəxsən cənab Borsottiyə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.

Sonra BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi cənab MARKO BORSOTTİ çıxış edərək dedi:

- Hörmətli xanım Mehriban Əliyeva!

Hörmətli xanımlar və cənablar!

Mənə elə gəlir ki, bu gün BMT-də çalışan hər bir mütəxəssis, əməkdaş

üçün çox əlamətdar gündür. Çünki BMT olaraq biz Heydər Əliyev Fondu ilə birgə çox önəmli bir addım atdıq. Bunun nəticəsində kor və görmə qabiliyyəti zəif olan insanlara lazımi xidmətlər göstəriləcəkdir. Bir çox ölkələrdə rəqəmsal fərqin aradan qaldırılmasından ötrü müxtəlif tədbirlərin həyata keçirilməsi BMT-nin İnkişaf Proqramı üçün mühüm bir məsələdir. Bu məsələyə əvvəlcə hörmətli şəxsiyyət Heydər Əliyev, daha sonra isə cənab Prezident İlham Əliyev tərəfindən göstərilən maraq bizim üçün çox mühüm oldu. Azərbaycanın Tunisdə keçirilən son konfransdakı iştirakı isə onun bu sahəyə marağının nə qədər böyük olmasına bir sübut idi. Burada əsas məqsəd və əsas yekun ondan ibarət idi ki, bu cür inkişaf edən ölkə üçün heç kəs diqqətdən kənarda qalmamalıdır. Bu layihənin həyata keçirilməsi təkcə Azərbaycana xidmət etməyəcək, həm də digər ölkələrə böyük bir nümunə olacaqdır. Mən tam əminəm ki, bu layihə çox səmərəli olacaq, müsbət nəticələrini verəcək və biz növbəti istiqamətlərdə əlaqələrimizi, əməkdaşlığımızı möhkəmləndirəcəyik.

Çıxışımı yekunlaşdıraraq xanım Mehriban Əliyevaya bildirmək istərdim ki, bu istiqamətdə getməyimiz və burada olmağımızın səbəbi məhz Mehriban xanımın baxışlarına əsaslanır. Çox sağ olun.

İmzalanma mərasimindən sonra Fondun icraçı direktoru Anar Ələkbərov jurnalistlərə məlumat verərək bildirdi ki, imzalanan saziş layihələri BMT-nin “Minilliyin Bəyannaməsi”ndə dövlət və hökumət başçıları tərəfindən yeni texnologiyaların, xüsusilə informasiya-kommunikasiya texnologiyalarının (İKT) hamı üçün təmin olunması barədə götürülmüş öhdəliyə və Azərbaycan hökumətinin İKT üzrə Milli Strategiyasına uyğun hazırlanmışdır. Bu layihə üç mərhələdə həyata keçiriləcəkdir. İlk mərhələ kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə ehtiyaclarını müəyyən etmək, onlar üçün rəqəmsal fərqin aradan qaldırılması üzrə ayrıca proqram layihəsi hazırlamaqdan ibarətdir. Bu məqsədlə sorğular, müzakirələr keçirilməli, təcrübə mübadiləsi aparılmalı, alınacaq avadanlığın növləri müəyyən edilməlidir.

İkinci mərhələdə kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəbində model İKT sinfinin yaradılması istiqamətində işlər aparılacaqdır. Burada kompüter avadanlığının alınıb quraşdırılması, proqram təminatının lokallaşdırılması, internetə çıxışın təmin edilməsi və xüsusi tədris-təlim proqramlarının hazırlanması başlıca vəzifələr olacaqdır.

Audiokitabxanaların hazırlanması, təlim mərkəzlərinin yaradılması, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyasının qurulması, bu studiyanın yardımı ilə mövcud kitabxanalarda Brayl şriftli və audiokitabların bərpası, internetə çıxış, informasiya texnologiya əsaslı təlim kursları, internetdə informasiyanın tapılması, əldə edilməsi kimi xidmətləri təmin edən kompüter mərkəzinin yaradılması, təlim kurslarında dərs deyəcək müəllimlərin, təlimçilərin hazırlığı üçüncü mərhələdə həyata keçiriləcəkdir.

Səkkiz ay müddətində həyata keçiriləcək layihənin ümumi dəyəri

418 min ABŞ dollarıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir VİDEO

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib