BMT: Sudanda məcburi köçkünlərin sayı 10 milyonu ötüb
Bakı, 12 iyun, AZƏRTAC
Sudan hazırda dünyada məcburi köçkünlərin ən çox yaşadığı ölkədir, onların sayı 10 milyonu ötüb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Miqrasiya Təşkilatının məlumatına görə, Sudan ordusu və çevik qüvvələr arasında bir ildən artıqdır davam edən münaqişə 7,26 milyon insan məcburi köçkünə çevrilməsi ilə nəticələnib. Əvvəlki münaqişələr nəticəsində isə 2,83 milyon insan didərgin düşmüşdü. Eyni zamanda, iki milyondan çox insan döyüşlərdən qaçaraq xarici ölkələrə sığınıb. Bu o deməkdir ki, 48 milyon sudanlının dörddəbirindən çoxu qaçqındır. Təkcə paytaxt Xartumun 3,7 milyon sakini evlərini tərk etmək məcburiyyətində qalıb.
BMT-nin hesablamalarına əsasən, ölkədə ümumilikdə 18 milyon insan, o cümlədən 3,6 milyon uşaq qida çatışmazlığından əziyyət çəkir.
Xatırladaq ki, 2023-cü ilin aprelindən başlayaraq Sudanda ordu ilə çevik qüvvələr arasında şiddətli toqquşmalar davam edir. BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisi toqquşmalar nəticəsində on minlərlə insanın öldüyünü bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]