ELM VƏ TƏHSİL
BMU tələbələri beynəlxalq olimpiadada uğur qazanıblar
Xırdalan, 29 noyabr, AZƏRTAC
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Məhəmməd Cavadzadə, Cavid Ayvazov, Əli Mehtizadə və Nihad Qasımov III Beynəlxalq Kimya Olimpiadasında uğura imza atıblar.
Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universitetində təşkil olunan olimpiadada BMU tələbələri Azərbaycanı uğurla təmsil edərək II yeri tutublar.
Beynəlxalq Kimya Olimpiadasına ümumilikdə dünyanın 11 ölkəsindən 24 universitet və 211 tələbə qatılıb.