Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bodrum - qədim Halikarnasın varisi

Bakı, 25 dekabr, AZƏRTAC

Egey dənizinin sahilindəki kiçik yarımadada yerləşən və əhalisinin sayı 31 min nəfərdən çox olan Bodrum Türkiyənin ən seçmə şəhəri ünvanını möhkəm saxlayır. Bunun səbəbi kurort şəhərinin unikal ərazidə yerləşməsi, ideal iqlimi, təmiz çimərlikləri və zəngin tarixi keçmişidir. Antik dövrdə burada məşhur Halikarnas şəhəri olub.

Bu gün dünyanın ən nüfuzlu turizm şəbəkələri məhz Bodrumda tanınmış şəxsiyyətlərin tez-tez göründüyü otellər açır. Bütün bunlarla yanaşı, bu kurort şəhərində qiymətlər tamamilə Türkiyə səviyyəsindədir ki, bu da onu çox axın olan turizm mərkəzlərindən uzaq yerdə, dəniz kənarında istirahətdən zövq almaq istəyən səyahət pərəstişkarları üçün daha cazibəli edir.

Mavi sahilin nemətləri

Hər şeydən əvvəl qeyd edək ki, Bakıdan Bodruma birbaşa hava xətti mövcuddur və bu səbəbdən bizim turistlər üçün bu şəhərə gəlmək çətin deyil. Təxminən 3 saatlıq uçuşdan sonra siz nağıl dünyasındasınız. Bodrum Türkiyənin Avropaya ən yaxın kurortudur. Buradan Yunanıstanın Kos adasınadək olan məsafə cəmi 4 kilometrdir. Bodrumun yerində isə qədim zamanda yunan köçkünlər tərəfindən salınmış və çiçəklənən Halikarnas şəhəri olub. Bu səbəbdən Bodrumda insan bir anlığa Türkiyədə olduğunu unudur: mavi dənizin fonunda yüksək olmayan ağappaq binalar, ətrafdakı təpələr və şam ağaclarının sıxlığında görünən yaxın sahildəki yaxtalar - bütün bunlar Yunanıstanın və İtaliyanın Aralıq dənizi sahilləri, Fransanın mavi sahillərinin tipik peyzajı kimi görünür. Təsadüfi deyil ki, The New York Times vaxtilə Bodrumu “Türkiyənin Sen-Tropesi” adlandırıb. Onu da xatırlatmaq yerinə düşər ki, Bodrum sahillərini Aralıq dənizi deyil, daha sərin Egey dənizi yuyur və bu, bütün sahildə ideal iqlimin olmasını təmin edir. Qonşu kurortların 40 dərəcəlik istiləri olduğu yay aylarında bu şəhərdə havanın temperaturu 25-28 dərəcə, dəniz suyunun hərarəti isə 21-25 dərəcə olur.

Rahat çimərlik istirahəti ilə yanaşı Bodrum turistlərə vaxtını mənalı keçirmək üçün geniş imkanlar da bəxş edir. Burada idmanın fəal növləri, dayvinqlə məşğul olmaq, yaxud sərbəst vaxtı memarlıq şedevrlərinə baxmağa sərf etmək olar. Qədimdə bu ərazidə mövcud olmuş Halikarnas mavzoleyi dünyanın yeddi antik möcüzəsi siyahısına daxil idi. Bundan başqa, Bodrumda unikallığı ilə geri qalmayan çoxlu tarixi abidələr mövcuddur.

Karyalı Mavzol və Ulu-burun xəzinəsi

Bodrumun əsas görməli yerləri kifayət qədər yaxın yerləşib və yarımadanın hər hansı yerindən onların olduğu məkana getmək asandır. İlk olaraq, turistlər vaxtilə dünyanın yeddi antik möcüzəsindən biri sayılan və eramızdan əvvəl 353-cü ildə Karya vilayətinin hökmdarı Mavzol tərəfindən inşa edilmiş Halikarnas mavzoleyinin olduğu yerə gedirlər. Əslində, dünya “mavzoley” sözünün mənşəyinə görə məhz Mavzolun sərdabəsinə borcludur. Vaxtilə bu əzəmətli tikili Hekatomnid sülaləsinin qüdrətini nümayiş etdirirdi və piramidanın zirvəsində bu sülalənin nümayəndələrinin nəhəng heykəlləri və cəng arabası ucalırdı. Mavzoleyin inşasından on doqquz əsr sonra XIII əsrdə baş vermiş zəlzələ bu tikilini xarabalığa çevirdi. Onun cilalanmış ağ mərmər daşları isə 1522-ci ildə Müqəddəs İoannın səlib yürüşünə çıxmış rıtsarları tərəfindən qarət edilib və Bodrumun daha bir məşhur sərvəti olan Müqəddəs Pyotr qəsrinin inşasında istifadə olunub. Beləliklə, turistlər Müqəddəs Pyotr qəsrinin cəmi bir kilometrliyində yalnız mərmər sütunlar və ətrafa səpələnmiş sərdabənin xarabalığına baxmaq üçün qısa məsafə qət edə bilər.

XV əsrdə Rodos adasından olan hospitalyer-rıtsarlar tərəfindən ucaldılmış Müqəddəs Pyotr qəsri tarixin sınaqlarından öz ilkin görkəmini qoruyaraq keçib. Qəsr bir neçə dəfə mühasirədə olub və sonda Osmanlı hökmdarı Möhtəşəm Sultan Süleymanın qoşunları tərəfindən ələ keçirilib. Hazırda qotik sənətinin bu nümunələri yeraltı arxeologiya Muzeyi kimi istifadə edilir. Bu ecazkar muzeyin eksponatlarının əsasını Ulu-burun xəzinəsi təşkil edir. Bu xəzinə 1982-ci ildə Türkiyənin Kaş şəhəri yaxınlığındakı Ulu-burun burnunda batmış Finikiya gəmisində aşkar edilib. Bodrum qalası muzeyində uzunluğu 15 metr olan bu gəminin maketini görmək olar. Burada, həmçinin kürək və daş lövbərlərin orijinal parçalarına da rast gəlmək olar. Maraqlısı odur ki, alimlərin tədqiqatına görə, gəmi eramızdan əvvəl 1300-cü illərdə Kiprdən Misirə gedərkən batıb. Yəni dalğıcların aşkar etdiyi günədək gəmi dənizin dibində 3 min ilə yaxın qalıb!

Gəminin parçaları ilə yanaşı göyərtədə olduğu ehtimal edilən qədim silah, qab-qacaq, bəzək əşyaları, hətta ərzaqdan ibarət 18 min müxtəlif əşya da tapılıb. Bu tapıntılar sualtı arxeologiya Muzeyində nümayiş olunur.

Davamı var...

Reportajın gələn hissəsində biz qanlı qladiator döyüşlərinin keçirildiyi antik amfiteatrdan və Makedoniyalı İsgəndərin mühasirəsinə şahidlik etmiş qədim Mindos darvazalarından bəhs edəcəyik. Sizi kurortun gecə həyatı, habelə toxuculuğu və xalçaları ilə məşhur olan ənənəvi bazar ilə tanışlıq da gözləyir.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO