Boksçumuz dünya birinciliyinə qələbə ilə başlayıb
Bakı, 13 aprel, AZƏRTAC
Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, mundialın ilk günündə Azərbaycan millisinin bir üzvü - 56 kiloqram çəki dərəcəsində Əzrək Bəbirov rinqə çıxıb. Onaltıdabir final mərhələsi çərçivəsində Maksat Jusipovla (Qırğızıstan) qarşılaşan boksçumuz rəqibinə 5:0 (30:27, 30:27, 29:28, 29:28, 30:27) hesabı ilə qalib gəlib. O, səkkizdəbir finalda ilk mərhələdən azad olan tailandlı Panuvat Çunjan-Atla ilə üz-üzə gələcək. Bu qarşılaşma aprelin 17-də baş tutacaq.
Qeyd edək ki, yığmamız 52 ölkədən 414 boksçunun (274 oğlan, 140 qız) qatıldığı dünya birinciliyində 9 idmançı ilə təmsil olunur. Yarış aprelin 23-də başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:47]
İspan mütəxəssis: Məşqçi kimi yetişməyimdə “Sabah”ın böyük rolu olub
- 09.10.2026 [14:15]
Azərbaycan Olimpiya Həmrəyliyi Forumunda təmsil olunur
- 09.10.2026 [13:37]
Zelim Kotsoyev Bakıdakı dünya çempionatını medalsız başa vurub
- 09.10.2026 [11:55]
AMADA "Kəpəz" klubunda seminar keçirib
- 09.10.2026 [11:46]
İngiltərə klubunun sahibi komandanın satışını nəzərdən keçirir
- 09.10.2026 [11:10]
NTD amerikalı basketbolçunu transfer edib
- 09.10.2026 [10:47]