“Bölgələrdən paytaxta” layihəsinin sonuncu təqdimatı Gəncəyə həsr olunacaq
Bakı, 8 dekabr, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyinin paytaxt sakinlərini regionların sosial-iqtisadi inkişafı, zəngin mədəniyyəti, turizmi, adət-ənənələri ilə tanış edən “Bölgələrdən paytaxta” layihəsinin sonuncu təqdimatı Gəncəyə həsr olunacaq.
AZƏRTAC xəbər verir ki, təqdimat Bakı və Gəncə şəhərlərinin mədəniyyət və turizm idarələrinin təşkilatçılığı ilə dekabrın 21-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında reallaşacaq.
Qeyd edək ki, “Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz və Zaqatalaya həsr edilmiş tədbirlər keçirilib. Layihəyə əsasən Azərbaycan mədəniyyətinin tarixi və müasir zənginliklərini və regionların adət-ənənələrini əks etdirən dekorativ tətbiqi sənət ustalarının əl işləri sərgilənir, bölgənin turizm imkanları təbliğ olunur, incəsənət ustalarının konserti təşkil edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]