Bolqarıstanlı nümayəndə: İqlim dəyişikliyindən kənd təsərrüfatı çox əziyyət çəkir
Bakı, 18 noyabr, AZƏRTAC
“COP29 yüksək səviyyədə təşkil edilib. COP29 insanların əlaqə qurması, məlumat alması üçün mühüm platformadır”.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində COP29-un Bolqarıstandan olan iştirakçısı Kliment Mindjov deyib.
O qeyd edib ki, iqlim dəyişikliyi qlobal problemlərdən biridir: “Böyük şəhərlərdə havanın çirklənməsi, nəqliyyatın hərəkəti, tullantılar və digər bir çox amil buna təsir edir. Bu dəyişiklikdən kənd təsərrüfatı olduqca çox əziyyət çəkir. Xüsusilə yay mövsümündə suyun azalması və kifayət qədər yağış yağmaması insanların işini çox çətinləşdirir. Ümid edirəm ki, COP29-da iştirak edən siyasətçilər, mütəxəssislər, iş adamları, vətəndaş təşkilatları konsensusa gəlib bəzi qərarları qəbul edəcək və buna əməl olunacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]