Boris Conson: Koronavirus Britaniya üçün bir fəlakətdir
London, 29 iyun, AZƏRTAC
Böyük Britaniyanın Baş Naziri Boris Conson “Times” radiosuna müsahibəsində koronavirus böhranının ölkəsi üçün bir fəlakət olduğunu söyləyib. O deyib ki, bu, ölkə üçün kabus və böyük bir şokdur. Lakin belə vaxtlarda dəyişmək və daha yaxşı işlər görmək mümkün olur. Biz hər zaman öyrənirik və gələcək üçün doğru nəticələr çıxaracağıq.
Conson hökumətin böhrana qarşı mübarizəsi ilə əlaqədar istintaq prosesinin başladığını da etiraf edib. Lakin hələ də pandemiya ilə mübarizə aparılarkən bunun üçün düzgün vaxt olmadığını açıqlayıb.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]