“Borussiya Dortmund”un müdafiəçisi Əşrəf Hakimi üçün mövsüm başa çatıb
Bakı, 2 aprel, AZƏRTAC
Almaniyanın “Borussiya Dortmund” futbol klubunun müdafiəçisi Əşrəf Hakimi üçün mövsüm vaxtından əvvəl başa çatıb.
AZƏRTAC klubun saytına istinadla xəbər verir ki, 21 yaşlı mərakeşli müdafiəçinin Bundesliqanın XXVII turunda “Volfsburq”la görüşün 50-ci dəqiqəsində ayağı sınıb. Futbolçunun zədəsinin uzun müddətli olduğuna görə həkimlər onun bu mövsüm yaşıl meydanlara qayıtmasının mümkün olmadığını bildiriblər. Mərakeşli futbolçu yaxın zamanda İspaniyada əməliyyat olunacaq.
Qeyd edək ki, Əşrəf Hakimi cari mövsümdə “Borussiya Dortmund”un heyətində iştirak etdiyi 27 görüşdə 3 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]
Azərbaycanın sərbəst güləş millisi dünya çempionatına Qubada hazırlaşır
- 12.10.2026 [12:07]
Tahir Süleymanov: Uşaq futbolunda real nəticələr görmək istəyirik
- 12.10.2026 [11:55]