Böyük Britaniyanın 10 vətəndaşı Atlantik okeanının cənubundakı adalardan təcrid olunacaq
London, 13 may, AZƏRTAC
Atlantik okeanının cənubundakı adalarda yaşayan Böyük Britaniyanın 10 vətəndaşı hantavirusla bağlı ehtiyat tədbirləri çərçivəsində öz ölkələrinə gətiriləcəklər.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi bununla bağlı açıqlama yayıb.
Məlumata görə, həmin şəxslər Müqəddəs Yelena və Askenson adalarının sakinləridir və hantavirusun qeydə alındığı kruiz gəmisi ilə əlaqəli olublar.
Bildirilib ki, onlar ehtiyat tədbiri olaraq Böyük Britaniyada özünütəcrid müddətini başa vuracaqlar. Qrupun tərkibinə Müqəddəs Yelena adasında kruiz gəmisini tərk etmiş şəxslər, eləcə də onlarla təmasda olmuş tibb işçiləri daxildir.
Qeyd edilib ki, hazırda həmin şəxslərdə xəstəlik əlamətləri müşahidə olunmur. Onların Böyük Britaniyaya gətirilməsi təhlükəsiz təcrid və zəruri tibbi xidmətlərə çıxışın təmin olunması məqsədi daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]