“Böyük dəbilqə”: Bu gün daha 5 cüdoçumuz mübarizəyə başlayır
Bakı, 2 aprel, AZƏRTAC
Antalyada keçirilən “Böyük dəbilqə” turnirinin ikinci günündə daha 5 cüdoçumuz mübarizəyə başlayır.
AZƏRTAC xəbər verir ki, bu gün kişilər arasında Rüstəm Orucov (73 kq) Denislav İvanov (Bolqarıstan) - Hektor San Roman Çavez (Kuba) cütünün qalibi, Telman Vəliyev Coşua Qrin (İrlandiya), Elcan Hacıyev (81 kq) Jim Heyjman (Hollandiya), Murad Fətiyev Kedrik Kalonqa (Konqo Demokratik Respublikası) ilə qarşılaşacaqlar. Qadınların yarışında isə Günel Həsənli (70 kq) Lidya Brançeva (Bolqarıstan) ilə gücünü sınayacaq.
Qeyd edək ki, komandamızın aktivində hələlik, medal yoxdur. Ümumi mükafat fondu 154 min avro olan yarışda Azərbaycan 17 idmançı ilə təmsil olunur.
Aprelin 3-də başa çatacaq yarışda 63 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [20:16]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib
- 09.10.2026 [17:55]
Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib
- 09.10.2026 [17:46]
Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar
- 09.10.2026 [17:38]
Türkiyə klubunda almaniyalı baş məşqçi
- 09.10.2026 [17:21]
Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib
- 09.10.2026 [17:04]
“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq
- 09.10.2026 [16:41]
Azərbaycan Kubokunda son 23 mövsümün rekordu qeydə alınıb
- 09.10.2026 [16:31]