BÖYÜK MÜĞƏNNİNİN XATİRƏSİ
AZƏRTAC xəbər verir ki, həmin gün Bülbülün ailə üzvləri, ictimaiyyətin nümayəndələri Fəxri xiyabanı ziyarət edərək, unudulmaz müğənninin məzarına gül-çiçək dəstələri qoymuşlar.
Bülbülün həyat yoldaşı Adilə xanım müğənninin xatirəsini anmağa gələnlərə ailəsi adından minnətdarlığını bildirmişdir.
Bu günlərdə “Bülbül vokal sənətinin zirvəsidir” kitabı nəşr olunmuşdur. Nəşrə onun müasirlərinin xatirələri, həmkarlarının fikirləri, dostlarının məktubları, fotoşəkillər, Bülbülün xatirə muzeyi fondundan original sənədlər daxildir.
Adilə xanım kitabın nəşrə hazırlanmasından danışaraq demişdir: İstəyirdik ki, kitab ümummilli lider Heydər Əliyevin sağlığında çıxsın, lakin çatdıra bilmədik. O, Bülbülün yaradıcılığına və fəaliyyətinə həmişə böyük diqqət yetirirdi. Prezident Heydər Əliyevin Sərəncamı ilə Bülbülün 100 illik yubileyi dövlət səviyyəsində qeyd olundu. Yubiley tədbiri Moskvada da keçirildi, Bakıda vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi təşkil edildi. Ümummilli liderimizin şəxsi təşəbbüsü ilə 1982-ci il iyunun 10-da böyük müğənni və pedaqoqun ev muzeyi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:29]
“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə
- 16.10.2026 [15:56]
Gülnarə Xəlilovanın kolleksiyası Ankarada yüksək qiymətləndirilib
- 16.10.2026 [14:51]
Daşkənddə “Dostluq” konserti təşkil edilib VİDEO
- 16.10.2026 [14:30]