BÖYÜK ÖNDƏRİN ƏZİZ XATİRƏSİ QƏLBLƏRDƏ ƏBƏDİ YAŞAYACAQDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayon mərkəzində ictimaiyyətin nümayəndələri böyük öndərin portreti önünə tər çiçək dəstələri, əklillər qoymuş, onun ruhuna dualar oxumuşlar.
Mərkəzi kitabxanada keçirilən xatirə gecəsində çıxış edənlər dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin şərəfli ömür yolundan şöhbət açmış, müdrik rəhbərin siyasi xəttinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşəcəklərini vurğulamışlar.
Həmin gün rayonun yaşayış məntəqələrində ehsanlar verilmişdir.